loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Ərdoğan: “ABŞ-ın himayəsi altında olan İsrail dövlət terroru ilə məşğuldur”

Ərdoğan: “ABŞ-ın himayəsi altında olan İsrail dövlət terroru ilə məşğuldur”“ABŞ-ın himayəsi altında olan İsrail ərköyünlük edir”

“Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti, hakim Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlamentdəki fraksiyasının genişləndirilmiş toplatısında bildirib.

“Əsrlər boyu əcdadlarımız Qüdsdə sülh və əmin-amanılığı pozmamaq şərti ilə heç kimin ibadətinə qarışmayıblar. Biz belə əcdadların nəvələriyik. Bölgədəki bütün qarışıqlıqlar həmin ərazilər Osmanlının əlindən çıxdıqdan sonra başlayıb. Həmin gündən bəri Qüdsdə nə əmin-amanlıq var var, nə də sülh. Bölgədə törədilən dövlət terroru insan haqlarının pozulmasının pik nöqtəsidir”, - Türkiyə prezidenti vurğulayıb.

R.T.Ərdoğan deyib ki, bölgədə tez bir zamanda ədalətlin bərpa olunacağına və sülhün yaranacağına ümid edirlər.

Türkiyə prezidenti ABŞ-ın Suriyada həyata keçirdiyi siyasəti və danışıqlarla bağlı təkliflərini də tənqid edib. O bildirib ki, rəsmi Vaşinqton Suriyadakı terrorçulara silah-sursat verir: “Suriyadakı terrorçulara 4 min TIR dolu silah-sursat verilirsə, biz kiminlə danışacağıq? Bizim bölgə ilə bağlı təkliflərimiz havada qalıb, göstərdiyimiz ərazilərdən ən kiçik addım belə geri çəkilməyiblər. Bu məsələdə biz səmimiyyət və dürüstlük axtarırıq”.
Bölmə: Siyasət | 09 yanvar 2018 14:32 | Baxış sayı: 46





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: