BolgeXeber.Com » Xəbərlər » Mikayıl Cabbarov 64 nəfəri vəzifədən azad etdi - RƏSMİ

Mikayıl Cabbarov 64 nəfəri vəzifədən azad etdi - RƏSMİ

9-01-2018, 16:35
Oxunub: 2 583 Mikayıl Cabbarov 64 nəfəri vəzifədən azad etdi - RƏSMİVergi inzibatçılığının təkmilləşdirilməsi, daha çevik idarəetmə mexanizmlərinin tətbiqi və yeni çağırışlara cavab verən vergi sisteminin formalaşdırılması məqsədilə Vergilər Nazirliyində struktur və kadr islahatlarına başlanılıb

Bolgexeber.com xəbər verir ki, bu barədə Vergilər Nazirliyinnin Media və Kommunikasiya Mərkəzindən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib.

Qeyd edilib ki, Nazirliyin strukturunun yenidən təşkili, eyni zamanda, onun fəaliyyətini müəyyənləşdirən institusional dəyişikliklərin aparılmasına istiqamətlənən islahatlar ölkədə sahibkarlıq və investisiya mühitinin yaxşılaşdırılması, biznesin inkişafında süni maneələrin aradan qaldırılması, cəmiyyətdə vergi mədəniyyətinin formalaşdırılması, partnyorluq münasibətlərinin tərkib hissəsi olaraq vergi ödəyicilərinin öz öhdəliklərini yüksək səviyyədə yerinə yetirməsi məqsədi daşıyır.

Bununla əlaqədar olaraq, vergilər nazirinin müvafiq əmrləri ilə 64 nəfər vergi xidməti əməkdaşı tutduğu vəzifədən azad edilərək nazirlyin sərəncamına götürülüb ki, onların arasında nazir müşavirləri, struktur bölmə rəhbərləri və digər vəzifəli şəxslər var.

Eyni zamanda qeyd edilir ki, son zamanlar bir sıra kütləvi informasiya vasitələrində vergi orqanlarında həyata keçirilən kadr və struktur dəyişiklikləri barədə həqiqəti əks etdirməyən məlumatlar yayılmaqdadır. Cəmiyyətdə yanlış informasiyaların yayılmaması üçün Vergilər Nazirliyinin rəsmi məlumatlarına istinad olunmalıdır.