BolgeXeber.Com » Siyasət » Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib

16-01-2018, 11:33
Oxunub: 2 501 Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edibFələstin İsraili dövlət kimi tanımaqdan imtina edib

Xezerxeber.az-ın "RT”yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) toplantısında qərar verilib.

Məlumata əsasən, İsrail Fələstini 1967-ci ilin sərhədləri çərçivəsində tanımayanadək, Fələstin torpaqlarında məskunlaşma siyasətinə və Şərqi Qüdsün ilhaqına son qoymayanadək FAT İsraili dövlət kimi tanımayacaq.

Bundan əvvəl Fələstin lideri Mahmud Abbas İsraili 1993-cü il sazişini pozmaqda ittiham edib. 1993-cü ildə İsrailin baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının sədri Yasir Ərəfat müvəqqəti özünüidarə tədbirləri üzrə bəyannamə (Oslo sazişi) imzalayıblar. Fələstin özünüidarə orqanları məhz həmin saziş əsasında fəaliyyət göstərir.