BolgeXeber.Com » Xəbərlər » Ötən gün Azərbaycanda 126 cinayət faktı qeydə alınıb

Ötən gün Azərbaycanda 126 cinayət faktı qeydə alınıb

17-01-2018, 09:37
Oxunub: 1 782 Ötən gün Azərbaycanda 126 cinayət faktı qeydə alınıbAzərbaycanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 126 cinayət faktı qeydə alınıb, onların 24-ü “isti izlər”lə açılıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə 23 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 14 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər saxlanılıb.