BolgeXeber.Com » Xəbərlər » Kamran Əliyev: "Ötən il 20 nəfər vəzifəli şəxs barəsində cinayət işi başlanıb"

Kamran Əliyev: "Ötən il 20 nəfər vəzifəli şəxs barəsində cinayət işi başlanıb"

17-01-2018, 10:50
Oxunub: 1 807 Kamran Əliyev: "Ötən il 20 nəfər vəzifəli şəxs barəsində cinayət işi başlanıb"“Ötən il Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 27 vəzifəli şəxs barəsində araşdırma aparılıb”

Bolgexeber.com-un xəbərinə görə, bunu baş prokurorun müavini, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Baş İdarə tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2017-ci il ərzində görülən işlərlə bağlı kütləvi informasiya vasitələrinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, onlardan 7 nəfəri idarəyə dəvət edilərək, xəbərdarlıq olunub: “Qalan 20 nəfər barəsində isə iş məhkəmələrə göndərilib, inzibati cəza tədbirləri görülüb”.