BolgeXeber.Com » Xəbərlər » “20 yanvar-Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi - Hacıqabulda

“20 yanvar-Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi - Hacıqabulda

17-01-2018, 12:40
Oxunub: 2 797 “20 yanvar-Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi” adlı tədbir keçirildi - Hacıqabulda20 yanvar faciəsinin ildönümü ilə əlaqədar olaraq Hacıqabul rayon Heydər Əliyev Mərkəzində silsilə tədbirlər keçirilir

15 yanvar 2018-ci il tarixində Heydər Əliyev Mərkəzi rayon MKS-nin 30 saylı kitabxana filialı ilə birlikdə 20 yanvar faciəsinə həsr olunmuş kitab və dövrü mətbuatdan ibarət sərgi, 16 yanvar 2018-ci il tarixində Mərkəzin rəsm kursu iştirakçılarının əl işlərindən ibarət “Qanlı tarix” adlı sərgi açıldı.16.01.2018-ci il tarixində Heydər Əliyev Mərkəzində “20 yanvar-Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi”adlı tədbir keçirildi.

Bolgexeber.com xəbər verir ki, tədbiri giriş sözü ilə mərkəzin direktoru Aytən Zülfəliyeva açdı və qeyd etdi ki, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü kimi geniş qeyd edir. Sonra Gənclər və İdman idarəsinin nümayəndəsi Bəsti Zərbaliyeva geniş məruzə ilə çıxış etdi. Tədbirin sonunda əvvəlcədən elan olunmuş 20 yanvar faciəsinə həsr olunan şeir və rəsm müsabiqəsinin qalibləri Gənclər və İdman idarəsi tərəfindən Diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.