BolgeXeber.Com » Xəbərlər » Ramil Usubov polislərə xəbərdarlıq etdi

Ramil Usubov polislərə xəbərdarlıq etdi

18-01-2018, 19:39
Oxunub: 1 845 Ramil Usubov polislərə xəbərdarlıq etdiHər bir əməkdaş şərəfli polis adını, dövlətin və vətəndaşların mənafelərini, vəzifə borcunu daim uca tutmalı, etik davranış qaydalarına ciddi riayət etməli, öz fəaliyyətlərində başlıca məqsəd kimi vətəndaş məmnunluğunu təmin etməlidir

Bolgexeber.com xəbər verir ki, bu sözləri daxili işlər naziri, general-polkovnik Ramil Usubov Bakı Şəhər Baş Polis İdarəsində 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Nazir paytaxtın polis orqanlarının cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsindəki fəaliyyətini ümumən müsbət qiymətləndirib, konkret tapşırıq və tövsiyələrini verib.

R.Usubov baş idarənin və onun struktur qurumlarının rəislərindən əməliyyat-profilaktik işin səmərəliyinin artırılmasını, сinayətlərin qarşısının alınmasında, bağlı qalmış сinayətlərin açılmasında ərazi polis orqanlarına əməli köməklik göstərilməsini, paytaxt üzrə qeydə alınmış cinayətlərin əksəriyyətinin mülkiyyət əleyhinə olması baxımından gələcəkdə bu sahədə daha effektli tədbirlərin görülməsini, narkotik vasitələrin, xüsusən onların güclü təsirə malik növlərinin qeyri-leqal dövriyyədən daha çox çıxarılması üçün əməliyyat tədbirlərinin gücləndirilməsini tələb edib.

R.Usubov əmin olduğunu bildirib ki, paytaxtın polis orqanlarının şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları, cinayətkarlıqla mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmini sahəsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirəcək, ölkəmizin ictimai-siyasi, mədəni və idman həyatında mühüm hadisələrlə, beynəlxalq əhəmiyyətli yarışlarla, kütləvi tədbirlərlə, əlamətdar bayramlarla zəngin olacaq bu il də Bakı şəhərində təhlükəsizliyin, əmin-amanlığın yüksək səviyyədə qorunmasına öz töhfəsini verəcək.