BolgeXeber.Com » Gündəm » Fazil Məmmədovun şəkillərinə əl vurulmur...

Fazil Məmmədovun şəkillərinə əl vurulmur...

19-01-2018, 13:50
Oxunub: 3 395 Fazil Məmmədovun şəkillərinə əl vurulmur...Sabiq vergilər naziri Fazil Məmmədov vəzifədən çıxarılsa da, onun şəkilləri hələ də nazirliyə məxsus binalarda qalmaqda davam edir

Nazirlikdən bildirilib ki, ola bilsin eks-nazirin şəkillərini qurumun binalarındakı lövhələrdən yığışdırmaq hələ heç kəsin ağlına gəlmir.

“Amma yəqin ki, özü və kadrları nazirlikdən uzaqlaşdırılan Fazil Məmmədovun şəkilləri də tezliklə çıxarılıb atılacaq”,-nazirlikdən bildirilib.

Qeyd edək ki, Prezident İlham Əliyev 2017-ci ilin dekabrın 5-də Fazil Məmmədovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb. Prezidentin həmin gün imzaladığı digər sərəncamla onun yerinə təhsil naziri Mikayıl Cabbarov təyin edilib.(Modern.az)