BolgeXeber.Com » Sosial » Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək

Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək

19-01-2018, 17:55
Oxunub: 2 860 Sabah “ASAN xidmət” mərkəzləri işləməyəcək20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərində qeyri - iş günü olacaq

Bu barədə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlik bildirir ki, 21 yanvar tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.