BolgeXeber.Com » İqtisadiyyat » Bir gecədə 1,4 milyard qazandı, var-dövləti 4,24 milyarda çatdı

Bir gecədə 1,4 milyard qazandı, var-dövləti 4,24 milyarda çatdı

20-01-2018, 10:08
Oxunub: 2 737 Bir gecədə 1,4 milyard qazandı, var-dövləti 4,24 milyarda çatdı"Uber"in qurucusu, sonradan vəzifəsindən istefa verən Travis Kalaniç şirkətin ona məxsus olan səhmlərinin 30 faizini satıb

Qaynarinfo xəbər verir ki, səhmləri Yaponiyaya məxsus "SoftBank" satın alıb. Tərəflər arasında bir müddətdi davam edən danışıqlar artıq yekunlaşıb. Kalaniç bu satışdan 1.4 milyard dollar qazanıb. Onun şəxsi sərvəti bu satışla 4,24 milyard dollara yüksəlib.

Anlaşmadan sonra "Uber"in səhmlərinin 15 faizinə sahib olan "SoftBank" şirkətin ən böyük səhmdarı olub. Kalaniçdə qalan səhmlər isə "Uber"in ümumi səhmlərinin 6 faizidir.

"SoftBank" son vaxtlar texnologiya dünyasının ən iddialı şirkətlərinə və layihələrinə böyük yatırımları ilə diqqəti çəkir. Yaponlar "Uber"in Çin variantı olan "Didi Chuxing", cəmçinin CAR-dakı "Grab" və Hindistandakı "Ola" taksi şirkətlərinə də böyük yatırım edib.

"SoftBank" ötən il 93 milyard dollarlıq bir texnologiya yatırım fondu qurub və böyüklü-kiçikli texnologiya şirkətlərinə böyük yatırımlar qoymağa başlayıb. Digər texnologiya nəhəngləri və dövlət fondlarının iştirakı ilə qurulan "Vision Fund" süni intlekt, robot və cihazların istehsalına yatırım edir.

İngiltərədə "ARM Holdings", ABŞ-da GSM operatoru "Sprint" və "Amazon"un çinli rəqibi "Alibaba" "SoftBank"ın yatırım qoyduğu digər şirkətlərdir.