BolgeXeber.Com » Xəbərlər » İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi

İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdi

20-01-2018, 10:18
Oxunub: 2 335 İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etdiAzərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib

Bolgexeber.com-un xəbərinə görə, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.

Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.

Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.

Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.