BolgeXeber.Com » İqtisadiyyat » 2017-ci ildə azərbaycanlılar Türkiyədə 942 ev alıb

2017-ci ildə azərbaycanlılar Türkiyədə 942 ev alıb

20-01-2018, 11:34
Oxunub: 2 533 2017-ci ildə azərbaycanlılar Türkiyədə 942 ev alıbTürkiyə Statistika Qurumu 2017-ci il üçün mənzil satış statistikalarını açıqlayıb

FaktXəbər-in Türkiyə mediasına istinadən məlumatına görə, mənzil satışları 2017-ci ildə ötən ilkinə nisbətən 5,1 faiz artaraq 1 milyon 409 min 314 olub. Satışlarda İstanbul 238 min 383 mənzil satışı və 16,9 faiz payla birinci yerdədir. Türkiyə daxilində satılan mənzillərin 473 min 099-u ipoteka ilə əldə edilib.

2017-ci ildə Türkiyədə əcnəbilərə 22 min 234 mənzil satılıb. Türkiyədə ən çox mənzil alan xarici ölkə vətəndaşları arasında birinci yeri 3 min 805 mənzil ilə İraq tutub. Onu 3 min 345 mənzil ilə Səudiyyə Ərəbistanı, 1691 mənzillə Küveyt, 1331 mənzil ilə Rusiya Federasiyası və 1078 mənzil ilə Əfqanıstan izləyir.

Son illər Azərbaycan vətəndaşlarının da Türkiyədə əmlaka yiyələnməsi halları artıb. Azərbaycan vətəndaşları 2017-ci ildə Türkiyədə 942 ev alıblar.

FaktXəbər-in məlumatına görə, Türkiyə Statistika İdarəsinin illik hesabatında göstərilir ki, ötən il ərzində azərbaycanlılar tərəfindən ən çox ev alışı oktyabr ayında (278 ev) həyata keçirilib. Digər aylarda isə bu göstərici 45-91 arasında dəyişib.

Hazırda Türkiyədə 2017-ci ildə daha çox ev alan ölkələrin siyahısında Azərbaycan 6-cı yerdədir.