BolgeXeber.Com » Xəbərlər » Biləsuvarda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib

Biləsuvarda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib

20-01-2018, 13:17
Oxunub: 2 074 Biləsuvarda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar ümumrayon tədbiri keçirilib20 yanvar 2018-ci il tarixdə Biləsuvar rayon Mərkəzi parkında 20 yanvar şəhidlərimizin əziz xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında anım tədbiri keçirildi

Bolgexeber.com xəbər verir ki,tədbirdə rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev, hüquq mühafizə orqanları və rayon ictimaiyyəti iştirak etdi.
Biləsuvar rayon İcra Hakimiyyətinin Başçısı Mahir Quliyev tədbirdə çıxış edərək Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar faciəsi barədə ətraflı məlumat verdi.Bildirdi ki, sovet ordu hissələrinin Bakı şəhərinə yeridilməsi xalqa qarşı törədilən misli görünməmiş faciəyə gətirib çıxardı. Hadisə nəticəsində sovet ordusu tərəfindən 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur.Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.Bu qanlı hadisəyə ilk olaraq öz münasibətini bildirən şəxs Ümummilli Lider Heydər Əliyev olmuşdur.O, 21 yanvar 1990-cı il tarixdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu hadisəni törədən şəxsləri kəskin pisləmiş və bunun heç bir insanlığa sığmayan vəhşilik olmaqla bərabər, demokratiyaya yad və ölkədə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab etmişdir.Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Ulu Öndər Heydər Əliyev müstəqil respublikamıza rəhbərlik etdiyi sonrakı dövrlərdə də daima çalışmışdır ki, dünya ölkələri 20 Yanvar hadisələrinə siyasi qiymət versin və bu hadisə müstəqilliyi uğrunda mübarizə aparan bir xalqın başına gətirilən acı bir hadisə kimi tanınsın.
Bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi Azərbaycan xalqı ucun təkcə boyuk faciə deyildir. O, ləyaqətini qorumaq ucun hər cur qurban verməyə hazır olan xalqımızın tarixində şərəfli bir səhifədir.
Bu gün Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev rəhbərliyi altında ölkəmizin daha da güclənməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması, torpaqlarımızın işğaldan azad edilməsi, ordumuzun ən güclü ordulardan biri olması üçün ölçüyəgəlməz işlər görülür.Bu gün ölkəmizin sürətli inkişafı və ordumuzun güclənməsi bir daha göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalından azad ediləcəyi gün də uzaqda deyil.
Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban verən şəhidlərin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir.Mərasimdə iştirak edən rayon ictimaiyyəti şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə tər çiçəklər qoyaraq, əziz xatirəsini ehtiramla yad etdilər.