BolgeXeber.Com » Dünya » Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır,.. ( MARAQLI)

Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır,.. ( MARAQLI)

20-01-2018, 15:52
Oxunub: 3 280 Bəzən insana elə gəlir ki, 5 saniyə olduqca qısa bir zaman kəsiyidir. Ancaq 5 saniyə ərzində dünyada baş verən hadisələrə nəzər yetirsək şahidi olarıq ki, bu heç də biz Hər 5 saniyədən bir feysbukda 205 min status paylaşılır,.. ( MARAQLI)düşündüyümüz qədər kiçik müddət deyil

Modern.az saytı 5 saniyədə baş verənlər haqqında yazını təqdim edir.
Hər beş saniyədə 21 uşaq doğulur, 8 nəfər dünyasını dəyişir. Beləliklə də 5 saniyə ərzində dünya əhalisi 13 nəfər artır.
Acınacaqlı faktlardan biri odur ki, hər beş saniyə ərzində 1 uşaq aclıq nəticəsində ölür.
İnsan bioloji baxımdan çox mürəkkəb bir varlıqdır. Bunun nəticəsidir ki, hər beş saniyə ərzində insan orqanizmində 500 min kimyəvi reaksiya baş verir.
Kompüter əsrində 5 saniyənin dəyəri daha önəmlidir. Belə ki, bu kiçik müddət ərzində insanlar tərəfindən "YouTube” 6 saatlıq video yüklənir. 5 saniyə ərzində "İnstagram”da 300 foto paylaşılır, 17 milyon elektron məktub göndərilir, "Facebook”da 205 min xəbər əksini tapır, 47 yeni internet səhifəsi yaradılır, 23 min "tweet” atılır.
Maraqlı faktlardan biri də vritual seks həvəskarları ilə bağlıdır. Belə ki, 5 saniyə ərzində 1860 nəfər "Google”da porno sözünü axtarışa verir.
5 saniyə ərzində yer səthindən 80 milyon ton su buxarlanır, eyni müddət ərzində Niaqara şəlaləsindən 15800 ton su axır
"McDonalds” şəbəkələrində 5 saniyə ərzində 375 qamburqer satılır, bu müddətdə 35 min "Coca-cola” şirkətinə məxsus olan məhsullardan istifadə olunur.
Hər 5 saniyədə "Nike” şirkəti 3 min dollar qazanır.
Hər 5 saniyə ərzində Amerika Birləşmiş Ştatlarında 4 ton yararlı qida məhsulu israfçılıq nəticəsində zibilliyə atılır. Amerikalılar bu kiçik müddət ərzində 2750 ədəd xot-doq yeyirlər. Həmçinin, 5 saniyə ərzində Amerika sakinləri 7500 şüşə su istifadə edirlər.
Hər 5 saniyə ərzində iki ədəd "Barbi” kuklası satılır.
Nəhayət, hər beş saniyə ötdükcə geri qaytarılmağı mümkün olmayan ömrümüz qısalır.
Nə isə… Ömrünüz uzun, saniyələriniz dəyərli və mənalı olsun. Ən başlıcası isə iki cüt bir tək saniyənizi küləyə verməyin