BolgeXeber.Com » Xəbərlər » Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub

Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub

20-01-2018, 17:44
Oxunub: 2 486 Ermənistan ordusu Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutubErmənistan ordusunun bölmələri Azərbaycanın Qazax rayonunun Qaymaqlı kəndini atəşə tutub

Bolgexeber.com-un xəbərinə görə, yanvarın 20-də günorta saatlarında Ermənistan Respublikasının Noyemberyan rayonunun Barekamavan kəndi istiqamətindən iriçaplı silahlardan Qazax rayonunun Qaymaqlı kəndinin otlaq sahələrinin atəşə tutulması nəticəsində mülki təsərrüfata ziyan dəyib. Kənd sakinlərinə məxsus qoyun sürüsünün atəşə məruz qalması nəticəsində 2 baş heyvan tələf olub.

Azərbaycan Ordusunun bölmələrinin cavab atəşi ilə düşmən susdurulub.Müdafiə Nazirliyi faktı təsdiq edib.