BolgeXeber.Com » Şou-Biznes » 20 Yanvar günü İstanbulda konsert verən azərbaycanlı Naza sərt təpki

20 Yanvar günü İstanbulda konsert verən azərbaycanlı Naza sərt təpki

22-01-2018, 11:45
Oxunub: 5 645 20 Yanvar günü İstanbulda konsert verən azərbaycanlı Naza sərt təpki20 Yanvar günü “+18 Party show” konserti verdi, sərt reaksiyalar gəldi: “Bunun valideynləri kimdir?...”

Türkiyədə evlilik yarışması proqramındakı iştirakı ilə məşhurlaşan, daim biabırçı davranışları ilə gündəmə gələn azərbaycanlı Naz Mila 20 Yanvar günü konsert verib. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumatı dəqiqləşdirmək üçün Naz Milanın özü ilə əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz boşa çıxdı.

Qeyd edək ki, o, bir neçə gün bundan əvvəl öz hesabında məlumat paylaşaraq matəm günü İstanbuldakı gecə klublarının birində “+18 Party show” konsert proqramı ilə çıxış edəcəyini bildirmişdi. Onun bu hərəkəti sosial media istifadəçiləri tərəfindən təhqir və tənqid atəşinə tutuldu. Lakin Naz bütün bunlara baxmayaraq konsertini təxirə salmayıb. Ona ünvanlanan təhqirlər ucbatından isə profilinə 20 Yanvar faciəsini əks etdirən foto yerləşdirərək hesabını bağlayıb.

Xalq artisti Faiq Ağayev də Nazın hərəkətinə səssiz qalmayaraq onu təhqir edib. Onu manqurt adlandıran xalq artisti bu məsələdə Nazın valideynlərini, müəllimlərin əhatəsini qınayıb: “Hansı mühitdə böyüyüb bu şəxs? Nə yeyib, nə içib? Kimdir onun valideynləri, müəllimləri, əhatəsi? Necə axı vicdan yol verir belə manqurtluğa? Biri məşqə tələsir, digəri də ki, belə... Formal qəbul etməyə başlayıblar 20 yanvar dəhşətini. Elə bil olmayıb heç bu zülm. Faciədir!”

Naz isə sosial şəbəkə vasitəsi ilə xalq artistinə özünə məxsus təhqiredici şəkildə cavab verib: “Faiq nə dedisə mən də onun cavabını verdim. Xalq artistidir, özünə görə olsun, mənimlə nə işi var? İşi qurtaran mənə ilişir”.

Onu da qeyd edək ki, əsl adı Müşkünaz olan Naz Mila bundan əvvəl də bir neçə dəfə öz millətinə qarşı hörmətsizlik edib. Belə ki, bir neçə gün əvvəl o, erməni aranjimanı olan “Ninnə yar” mahnısının musiqi sədaları altında rəqs etmişdi.

Xatırladaq ki, əslən Naxçıvandan olan 26 yaşlı Naz Türkiyədə evlilik proqramına qatılmaqla məşhurlaşıb. O, bir dəfə evli olub və bu evlilikdən azyaşlı qızı var. Heç bir peşəsi olmayan Naz Mila daha çox çılpaq fotoları, pornoqrafik rəqsləri, səviyyəsiz açıqlamaları ilə gündəmə gəlir.


Müğənni Nadir Qafarzadə “Yeni Müsavat”a danışaraq məsələyə öz rəyini bildirdi: “Mən o qızı tanımıram. Amma xanım elə olmur. Ümumiyyətlə, Azərbaycan qadını adını daşıyan şəxs daha ali olmalı, hərəkətlərinə fikir verməlidir. O, ”azərbaycanlıyam" deyəndə biz utanmamalıyıq. Çox təəssüf edirəm ki, bəziləri “müasirlikdir” deyib qınından çıxır, soyunur, hətta küçənin ortasında göbək rəqsi oynayır. Bu dəhşətdir, müasirlik deyil, əksinə mədəniyyətsizlikdir. O ki, qaldı ölkəmizin qanlı tarixi günü bayram, konsert keçirməyə, ümumiyyətlə, nə baş verirsə ölkədə baş verir. Bəziləri kənara çıxanda toy da, kef də edir. Bəzən deyirlər ki, “bəyəm Azərbaycanda yaşayıram?” Yəni, bu cür olaylar var".