BolgeXeber.Com » Siyasət » Türk ordusu Afrində 69 kəndə daxil oldu - Video

Türk ordusu Afrində 69 kəndə daxil oldu - Video

22-01-2018, 12:32
Oxunub: 2 801 Türk ordusu Afrində 69 kəndə daxil oldu - VideoAzad Suriya Ordusunun qüvvələri Afrində PKK-PYD qruplaşmasının nəzarətində olan bölgəyə daxil olub

Axar.az xəbər verir ki, qabaqcadan razılaşdırılmış plana əsasən Türkiyə ordusu dərhal hücuma reaksiya verib.

Suriya ilə sərhəddə yerləşən Kilis bölgəsindən ASO-ya dəstək üçün terrorçu mövqelərinə artilleriya zərbələrinə başlanılıb.

***

Azad Suriya Ordusunun kürd silahlılarına qarşı əməliyyatına dəstək vermək üçün Türkiyə tankları Afrinə daxil olub.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Hərbi texnikanın heç bir müqavimətə rast gəlmədiyi bildirilir.

Qeyd edək ki, Türkiyənin Baş naziri Binəli Yıldırım Afrində quru əməliyyatlarının bazar günü başlanılacağını açıqlamışdı.

***

Yerli vaxtla 11:05-də Türk Silahlı Qüvvələri Afrin istiqamətində quru hücumuna başlayıb. Ordu Kilisin Gülbaba kəndi istiqamətində sərhədi keçərək irəliləyib.

Bunu jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Binəli Yıldırım deyib.

Hücumda Bolu və Kayseridən gətirilən xüsusi təyinatlılar və komandosların iştirak etdiyi bildirilir.

***

Türkiyə Silahı Qüvvələrinin dəstəyi ilə Afrin əməliyyatına başlayan Azad Suriya Ordusu qüvvələri PYD ilə qarşıdurma zamanı Şengel kəndini ələ keçirib.

Şengel Türkiyə sərhədini keçdikdən sonrda ilk kənddir.

***
“Star” qəzetinin yaydığı məlumata görə, Azad Suriya Ordusu YPG-nin nəzarətində olan dörd kəndi - Azman, Şengel, Adamanlı, Balinlini ələ keçirdiyini açıqlayıb.

***
“Hürriyyət” qəzeti hərbi mənbələrə istinadən, türk ordusunun Afrinin içərilərinə doğru təxminən 5 kilometr məsafə qət etdiyini, terrorçulardan azad edilən kəndlərin sayının 9-a çatdığını açıqlayıb.

***

Türkiyə ordusu və Azad Suriya Ordusu “Zeytun Budağı” əməliyyatının ilk 48 saatında 69 kəndə daxil olub.

Bu barədə informasiyanı “Habertürk” qəzeti yayıb. Əməliyyatın planlanandan daha sürətli reallaşdırıldığını bildirilib:

“Afrinə daxil olan Raco, Şedia və Surki bölgələrində qarşıdurma şiddətlənib. PKK-nın nəzarətindəki 21 nöqtə istifadəsiz hala gəlib. Afrinə 9 istiqamətdə başladılan hücum nəticəsində PKK-nın nəzarətindəki 69 kəndə türk ordusu daxil olub. Bu kəndlərdən 11-i PKK-dan tamamən təmizlənib. Hücum nəticəsində PKK-YPG qüvvələri 7 kilometr geri çəkilib”.