BolgeXeber.Com » Xəbərlər » Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu – VİDEO

Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu – VİDEO

22-01-2018, 14:39
Oxunub: 1 782 Nigar Camalın Dima Bilanla qalmaqallı klipi rekord vurdu – VİDEORusiyanın məşhur pop ifaçısı Dima Bilanla azərbaycanlı müğənni Nigar Camalın “Qucaqla məni” (Обними меня) adlı klipi “Youtube”də 10 milyondan çox baxış toplayıb

BAKU.WS-in məlumatına görə, bu barədə D. Bilan 3 milyonluq rəsmi instaqram səhifəsində məlumat verib. Rusiyalı ulduz bildirib ki, sözügedən mahnı və klip sosial şəbəkələrdə kifayət qədər uğur qazanıb.

Azərbaycanlı ifaçı isə rusiyalı müğənninin paylaşımını repost edib.

O, bunun üçün dinləyicilərə təşəkkürünü bildirib.