BolgeXeber.Com » Xəbərlər » Göygöl və Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisələri hesabat verdi-VİDEO

Göygöl və Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisələri hesabat verdi-VİDEO

22-01-2018, 17:00
Oxunub: 2 103 Göygöl və Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisələri hesabat verdi-VİDEOƏtraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə səmərəli istifadə edilməsi ölkədə aparılan sosial-iqtisadi islahatların tərkib hissəsidir

Ölkə rəhbərliyinin ekologiya ilə əlaqədar məsələlərə göstərdiyi diqqət sayəsində ətraf mühitin yaxşılaşdırılması istiqamətində 2016-cı ildə bir sıra layihələr həyata keçirilib, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ekoloji problemlərin həllinə yönəlmiş tədbirlər görülüb.

Azərbaycan Respublikasınınn Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişaf Departamenti Göygöl Meşə Mühafizəsi və Bərpası Müəssisəsi bidlrir ki, 2017-ci ilin il ərzində 100 ha ərazidə aqromeşə massivlərinin (meyvə bağlarının) salınması aşaıda göstərilən ərazilərdə əkilmişdir.
1.2017-ci ilin yazında 40ha ərazidə aqro meşə massivi salınmışdır. O CÜMLƏDƏN, 30 HA Müəssisəin Hacıkənd meşəbəyliyinin 3 saylı meşə dolayısının 2 və 3-cü kvartallarında 8x8 sxemində (4680 ədəd) qoz əkini, Zurnabad meşəbəylinin 9 saylı meşə dolayısının 1V kvartalında 10 ha ərazidə 5x3 sxemində (6670 ədəd) tut əkini əkilmişdir.
2. 2017-ci ilin payızında isə müəssisənin Hacıkənd Meşəbəyliyinin 4 saylı meşə dolayısının 4 və 5-i kvartalında 65ha ərazidə 8x8 metr sxemdə çala qazma üsuu ilə meyvə baları əkilmişdir. O cümlədən: 42ha sahədə qoz (6552 ədəd) əkini, 6.0ha sahədə şabalıd (936 ədəd) əkini, 17,0 ha sahədə isə (9000 ədəd) fındıq əkini əkilmişdir.
Həmçinin, 2017-ci ilin payızında 863 kq toxum tədarük edilmiş, 0,50 ha ərazidə isə tinglik sahə yaradılmışdır.
Tədarük olunmuş toxumların siyahısı aşaıdakılardan ibarətdir:
1. Qoz -800 kq,
2. 2. Armud – 2kq
3. Alça 5kq
4. Zoğal – 15kq
5. Əzgil – 15kq
6. Alma – 15kq
7. Ərik – 5kq
8. Gilas – 5kq
9. Tut – 1kq
10. Hal-hazırda çəpərləmə işləri davam edir.
.
Azərbaycan Respublikası Təbii Sərvətlər və Ekologiya Nazirliyi Ağdaş Meşə Mühafizəsi və Bərpası Müəssisəsində də vəziyyət ürəkaçandır. Meşəbərpa və meşə ilə örtülü ərazilər artırılıb.
Bolgexeber.com