BolgeXeber.Com » Mədəniyyət » Şərqin ilk qadın bəstəkarı anıldı

Şərqin ilk qadın bəstəkarı anıldı

23-01-2018, 15:07
Oxunub: 3 997 Şərqin ilk qadın bəstəkarı anıldıBu gün şərqdə ilk opera yazan bəstəkar qadın Şəfiqə Axundovanın anadan olmasının şərəfinə Beynəlxalq Mətbuat Mərkəzində anım tədbiri keçirildi

Tədbirin təşklatçılarından biri olan, 5 il Şəfiqə xanımdan bəstəkarlıq dərsləri alan Arif Səlimov tədbiri açıq elan etdi.
“Mən fəxr edirəm ki, bəstəkarlıq fəaliyyətimi məhz o cür dahi insanla başladım. Ondan çox şey öyrəndim. Bir-birimizə ana-bala kimi bağlanmışdıq. Şəfiqə xanım dünyasını dəyişəndə mən də bir müddət tərki-dünya oldum”, - deyə açıqlama verən gənc bəstəkar-müğənni tədbirə bir çox tanınmış şəxsləri dəvət etmişdi. O cümlədən Milli Məclisin deputatı Jalə Əliyeva, xalq artistləri Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova bacıları,gulustan eliyeva aktrisa Çimnaz Sultanova gənc müğənnilər, jurnalistlər və digər qonaqlar sənətkarın anım mərasiminə böyük məmnuniyyətlə qatılmışdırlar. .
Jalə xanım Şəfiqə Axundova ilə bağlı təəssüratlarını şairə anası Nurəngiz Gül ilə ilə bağladı. Sən demə, onlar gənclik vaxtlarından rəfiqə olublar. Taleləri də oxşar olub.
Tədbirdə Şəfiqə xanımla bağlı xatirələrini paylaşanlar arasında Nazpəri Dostəliyeva, Gülyaz və Gülyanaq Məmmədova, əməkdar artist Gülüstan Əliyeva da oldu.
Onu da qeyd edək ki, tədbirə gələn qonaqlar arasında Şəfiqə Axundovanın adını daşıyan bacısının nəticəsi – balaca Şəfiqə də var idi.
Könül QOCAYEVA
Günel AYXAN

Bölge Tv