BolgeXeber.Com » Xəbərlər » Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi yaz fəslinə hazırlaşır-VİDEO

Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi yaz fəslinə hazırlaşır-VİDEO

23-01-2018, 17:02
Oxunub: 2 895 Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi yaz fəslinə hazırlaşır-VİDEOBərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi yaz meyvə ağaclarının əkininə başlayıb

Görülən işlər çərçivəsində yeni meyvə ağaclarının salınması nəzərdə tutulub.Bərdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin baş meşəbəyçisi Əmirov Gürşad Əmir oğlu görülən işlərlə bağlı Bölgə TV-yə açıqlama verib:
"Bizim müəssisənin ümumi ərazisi 8893ha-dır. Hal-hazırda möhtərəm prezidentimizin tapşırığı əsasında biz 2017-ci ildən meşə idarələrində meyvə bağlarının salınmasına başlamışıq. 2017-ci ilin yazında 60ha, payızında 95ha, ümumilikdə 155ha sahədə meyvə bağları salmışıq. Saldığımız meyvə bağlarında əsasən nar, ərik, tut, xurma olmuşdur. Bundan əlavə, ölkədə baramaçılıq işləri etmək üçün müəssisəmizdə 2017-ci ildə 300 min ting yetişdirilmişdir. Ğzümüz əkdiyimizdən başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göstərişinə əsasən, rayin icra hakimiyyətlərinə 100 min ting verilmişdir. 2018-ci ilin yazında 60 ha meyvə bağınım salınması nəzərdə tutulmuşdur. Hal-hazırda şum gedir. Bundan əlavə, 2017-ci ildə 1100 meyvə toxumu tədarük edib səpmişik. Əsasən ərik, gilas, alça toxumları yığıb səpmişik. Bundan əlavə, nar bağları salmaq üçün nar qələmi hazırlığına başlamışıq. Keçən il də 150 min nar tingi yetişdirmişik. 2018-ci ildə də bağların salınması işləri davam edir. Göstrilən planları yerinə yetirəcəyik.
Yaz əkinləri üçün şum edilir. Nar köklərinin qələməsi doğranılıb hazırlanır ki, aprel ayında yerə basdırmaq üçün 1ha-da da artıq gilas, ərik spmişik, hazırda işlər davam edir. Payızda və yazda əkilmiş bağların hamısı sulanıb".
Könül Qocayeva
Ayət Şükürlü
Emin Süleymanov

BolBölgə TV