Bakı-İstanbul aviareysində olay – Təyyarə İstanbula enmədən Bakıya qayıtdı
24-01-2018, 11:33
Oxunub: 2 246
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) bu gün saat 17:35-də həyata keçirdiyi Bakı-İstanbul aviareysində texniki problem yaranıb
Bolgexeber.com APA-ya istinadən xəbər verir ki, AZAL-a məxsus təyyarə “Atatürk” Hava Limanında eniş etmədən geriyə, Bakıya qayıdıb.
AZAL-ın Mətbuat Xidmətinin rəhbəri Paşa Kəsəmənski “APA-Economics”ə bildirib ki, texniki səbəblə əlaqədar olaraq Bakıdan İstanbula uçan təyyarə Heydər Əliyev hava limanına qayıtmaq məcburiyyətində qalıb.
“Burada ciddi bir problem olmayıb. Sadəcə kapitan hər ehtimala qarşı geri qayıtmaq qərarına gəlib. Təyyarədə yanacaq çox olub. Buna görə də təyyarə müəyyən müddət uçmalı olub. Təyyarə Bakıya geri qayıtdıqdan sonra AZAL-a məxsus növbəti reys ilə sərnişinlər İstanbula yola salınıb”, – deyə P.Kəsəmənski vurğulayıb.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər