Əflatun Amaşov vaxtsız vəfat edən jurnalistlərdən yazdı
24-01-2018, 14:54
Oxunub: 3 014
Mətbuat Şurasının sədri flatun Amaşov dünən axşam və bu gün vəfat edən jurnalistlərin - Nicat Məlikov və Ülviyyə Şamilqızının vaxtsız ölümlərinə dair status yazıb
Bolgexeber.comMətbuat Şurası sədrinin statusunu oxuculara təqdim edir:
"Müəyyən mənada şablon kimi səslənən bir deyim var – həmkar itirmək çox ağırdır. İtirdiyin həmkar jurnalistdirsə, zənnimcə, ağırlıq daha da artıq olur. Jurnalistlər təkcə özləri əbədiyyata qovuşmurlar, onların ideya və baxışları da bu dünyadan köç edir. O ideya və baxışlar ki, həyata keçməsi cəmiyyətin xeyrinədir. O ideya və baxışlar ki, reallaşması dərdlərə məlhəmdir, mənəvi rahatlıqdır, ruh yüksəkliyidir, yeni gün uğrunda mübarizə əzmi və çağırışıdır. Bu mənada jurnalist itkisi həm də cəmiyyətin itkisidir. Həqiqətən də çox ağırdır.
Bu günlər ağırlığın gətirdiyi dərin üzüntü, məyusluq və sarsıntı hissi bizi tərk etmək bilmir. Nicat Məlikov və Ülviyyə Məmmədova (Şamilqızı) kimi istedadlı həmkarlarımız barədə artıq keçmiş zamanda danışmaq əzabını yaşayırıq. Hər ikisi fəaliyyət tərzləri, yanaşmaları ilə cəmiyyətə, topluma faydalı nələrisə qabartmağa, göstərməyə, təbliğ etməyə can atırdılar, buna müvəffəq olurdular. Bu keyfiyyətlərinə görə tanınır, qəbul edilirdilər.
Uca Tanrıdan onların hər ikisinə rəhmət diləyirəm. Allah doğmalarına, əzizlərinə, doğma nəvazişi və qayğısı ilə yanaşdıqları dostlarına və həmkarlarına səbr versin.
Ruhları şad, məkanları cənnət olsun!"
Qeyd edək ki, həmkarlarımızın biri (Nicat Məlikov) ürək tutmasından 39 yaşında, digəri (Ülviyyə Şamilqızı) isə Həştərxanda yol qəzasında vəfat edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər