BolgeXeber.Com » İdman » Dino Ndlovu: Hiss edirdim ki, Qurban Qurbanov məni istəmir

Dino Ndlovu: Hiss edirdim ki, Qurban Qurbanov məni istəmir

24-01-2018, 15:12
Oxunub: 4 064 Dino Ndlovu: Hiss edirdim ki, Qurban Qurbanov məni istəmir“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu xarici ölkə mətbuatına açıqlama verib

Oxu.Az xəbər verir ki, Çinin “Hançjou Qrintaun” klubu ilə iki illik müqavilə bağlamış Ndlovu orda daha çox qollar vurmaq istədiyini dilə gətirib:

“Komandamı dəyişməyim ən yaxşı qərarlarımdan biridir. Bunu ailəm və özüm üçün etmişəm. Çində hər şey yaxşıdır deyə gileylənə bilmərəm. Hələ ki yüksəkliyə və yuxu rejiminə öyrəşməyə çalışıram. Məqsədim fərdi olaraq dəyişməyib. Mən Super Liqada çoxlu qollar vurmaqla klubuma kömək etmək və “Qarabağ”dakından daha yaxşısını burda etmək istəyirəm”.

Ndlovu yenə “Qarabağ”ı tərk etməsinin səbəbindən danışıb:

“Mən son günə kimi “Qarabağ”ı tərk etmək istəmirdim. Ancaq müqaviləm başa çatırdı. Mənim baş məşqçi ilə yeni müqavilə barədə söhbətim olmuşdu. Hiss edirdim ki, o mənə yeni müqavilə təklif etmək istəmir. Halbuki orda oyunçuların müqavilələrində dəyişikliklər edilirdi. Mən özümə və ailəmə qarşı realist düşüncə ilə yanaşmalıydım. Daha gənc olmdığımdan, gələcəyimin təhlükəsizliyinin qayğısına qalmaq istəyirdim. Ona görə də bu imkandan yararlanmaq qərarına gəldim və bura gəldim”.

Ndlovu açıqlamasında çin dilini öyrəndiyini bildirib:

“Çin dilində çoxlu işarələr var. Öyrənmək çətindir. Ancaq “Necəsən? Salam, sabahın xeyir” kimi cümlələri bilirəm. Arzuladığım fikri ifadə etmə üçün cümlə qurmaq isə çətindir. Meydançada olanda futbolun dili olmur. Dil bizi nail olmaq istədiklərimizə çatmağa mane ola bilməz”.

O, Qətər, Rumıniya, BƏƏ və Rusiya klublarından da təkliflərinin olduğunu, lakin Çin komandasına görə onlardan imtina etdiyini qeyd edib. O, Çinə pula görə gəlmədiyini, Rusiyada ona bundan da yaxşı pul təklif edildiyini bildirib:

“Mən asan yolu seçən oyunçu deyiləm. Bu ölkəyə müxtəlif mədəniyyəti, müxtəlif vaxt zonası, Asiya olduğu və kluba nədəsə kömək etmək üçün gəlmək istədim”.

Sonda Dino Ndlovu Çempionlar Liqasında “Qarabağ”la yaşadığı həyəcandan da danışıb:

“Biz “Kopenhagen”ə qol vurub cütün qalibi olanda Bakı əhalisi yatmaq istəmirdi. Danimarkadan gələndə hava limanında, demək olar ki, 10 min adam bizi gözləyirdi. Əgər biz Çempionlar Liqasında oynamasaydıq, hər il olduğu kimi, Avropa Liqasında çıxış edəcəkdik. Çempionlar Liqasında səviyyə bir az daha böyükdür. Dünyada hər yerdə təkmilləşmək üçün otaq var. İndiki klubumda heyətimiz gəncdir. Ancaq fikrimcə, biz yekun məqsədimizə (Çin Super Liqasına çıxmağı nəzərdə tutur - S.T.) çatmaq üçün təkmilləşə bilərik”.