BolgeXeber.Com » Ölkə » Şəmkir və Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisələri hesabat verdi-VİDEO

Şəmkir və Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisələri hesabat verdi-VİDEO

24-01-2018, 15:39
Oxunub: 5 547 Şəmkir və Tovuz Meşə Mühafizəsi və Bərpası Müəssisələri hesabat verdi-VİDEOEkologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Departamentinin iş planına uyğun olaraq, nazirliyin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən bir sıra Meşə Mühafizəsi və Bərpası Müəssisələrində meşələrin mühafizə vəziyyəti araşdırılıb

Yolumuz Tovuz və Şəmkir rayonlarına düşdüyündən biz də BÖLGƏ TV olaraq öz araşdırmamızı aparmaq qərarına gəldik. Beləcə, rayonun Meşə Mühafizəsi və Baş Müəssisəsinin direktoru Tahirov Məmməd Abuzər oğlundan müsahibə almaqla, mövcud vəziyyətlə bağlı fikirlərini öyrəndik:

-2017-ci ildə yaz əkin kampaniyası dövründə həm ərik, badam, qoz cinsindən ibarət olmaqla aqrobağlar salınmışdır. 2017-ci ilin yazında 12 ha ərik, 3,5 ha badam, 2 ha tut, 28 ha qoz bağı salınmışdır. Bütün aqrotexniki qaydalara əməl olunmu, əkindən qabaq ərazi şərait olan yerlərdə şumlanmış, əkin aparılmışdır. Yay dövründə bütün çətinliklərə baxmayaraq, imkan olan yerlərdə suvarma işləri aparılmışdır. Qoz əkinləri bizdə dağ zonasında olduğuna görəsuvarma təbiidir. Bir az yayın isti keçməsi öz təsirini göstərdi. Amma həmin yerlərdə də bərpa işləri aparmışıq. 2017-ci ilin payızında əkin kampaniyası dövründə əlavə yenidən 6 ha ərik, 7ha badam və 51.05 ha qoz bağı salınmışdır. Ümumilikdə 2017-ci ilin yaz-payız kampaniyası dövründə müəssisəmiz tərəfindən 110ha aqrobağ salınıb. Bu günkü gündə vəziyyət çox yaxşıdır. Allahın köməkliyi ilə bu il havalar yaxşı keçər, öz imkanlarımızdan istifadə edib suvarılacaq yerləri suvararıq. Alnıaçıq, üzü ağ işlərimizi gələcəkdə də davam etdirməyə hazırıq. Və bizim qarşımıza qoyulan planları yüksək səviyyədə yerinə yetirərik.
2018-ci il yeni başlayıq. Bu dəqiqədə ilk vəzifəmiz seçmə yerləri seçməkdir. Harda əkin sahələri əkilməlidir. İndidən həmin yerləri müəyyənləşdirmək, təyin etməkŞ layihələri tutulsun. Və artıq yaz kampaniyası dövründə birbaşa şumlama işlərindən başlayıb, həmişəki kimi əkinlərimizi davam etdirməkdir. Qarşımızda duran əsas məsələ onların əkin yerlərini təyin etməkdir. Indi qardır, dağlarda, aranda. Yaz olan kimi əkinimizi davam etdirəcəyk.
-2017-ci ildə Şəmkir Meşə Mühafizəsi və Bərpası Müəssisəsində 160 ha sahədə meyvə bağları salınıb. Bunun 60 ha yaz, 100 ha da payız əkini olub. Bundan əlavə, müəssisənin texnik sahəsində son vaxtlar meyvə ağaclarına üstünlük vermişik. Belə ki, 1.2 ha ting səpini ilə bağlı planımız olub. Və yerinə yetirmişik. Onun 0,082 ha yaz səpini, 0,4 ha isə payız səpini olub. Bunlardan əsasən tut cinsindən, alma, badam, xurma, gavalı, ərik cislərindən toxum səpini olub ki, bunlar da gələcəkdə meyvə bağlarının salınmasında istifadə olunacaqdır.
2018-ci il üçün 40ha sahədə mexaniki üsulla torpaq hazırlıqları işləri aparmışıq. Hal-hazırda da müəyyən ərazilərdə əkinlərin mühafizəsi üçün çəpər çəkilməsi, müəyyən sahələrin təmizlənməsi işlərini də davam etdiririk.
Qeyd edək ki, il ərzində bölgələrimizdəki meşələrin inkişafı haqda araşdırmalarımız davam edəcək.

Könül Qocayeva
Ayət Şükürlü
Günel Ayxan
Emin Süleymanov

BÖLGƏ TV