BolgeXeber.Com » İdman » “Azərbaycan millisi kağız üzərində güclüdür” – Lüksemburq yığmasının baş məşqçisi

“Azərbaycan millisi kağız üzərində güclüdür” – Lüksemburq yığmasının baş məşqçisi

25-01-2018, 11:12
Oxunub: 3 423 “Azərbaycan millisi kağız üzərində güclüdür” – Lüksemburq yığmasının baş məşqçisi“D Liqasında aşkar favorit yoxdur. Lakin dörd komanda – Azərbaycan, Makedoniya, Belarus və Gürcüstan kağız üzərində güclüdür”

“Report” xəbər verir ki, bunu UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni liqada yer alan Lüksemburq yığmasının baş məşqçisi Lyuk Holts deyib. 49 yaşlı mütəxəssis bildirib ki, sözügedən 4 kollektiv peşəkar futbolçulara malikdir: “Bu yığmalar peşəkar futbolçularla rəqabət aparırlar. Lakin bizdə elə deyil. Buna rəğmən, qrup qalibi olmağa can atacağıq”.

Qeyd edək ki, D Liqasında mübarizə aparacaq Azərbaycan millisi Malta, Kosovo və Farer adaları yığmaları ilə birgə III qrupda yer alıb. Lüksemburq yığması isə Belarus, Moldova və San Marino kollektivləri ilə II qrupa düşüb.