BolgeXeber.Com » Siyasət » Afrində artıq 300-dən çox terrorçu zərərsizləşdirilib - Binali Yıldırım

Afrində artıq 300-dən çox terrorçu zərərsizləşdirilib - Binali Yıldırım

25-01-2018, 17:11
Oxunub: 3 173  Afrində artıq 300-dən çox terrorçu zərərsizləşdirilib - Binali Yıldırım"Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin əyalətində artıq 300-dən çox terrorçu zərərsizləşdirilib

Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bildirib.

O deyib ki, terrorçulara qarşı əməliyyat plana uyğun olaraq davam edir: “Orada terrorçu İŞİD və PKK qruplaşmalarına qarşı mübariə aparırıq. İstər adlarını YPG, istər PYD qoysunlar, biz onları tanıyırıq. Hansı qılığa giririlər, girsinlər biz onları 40 ildir tanıyırıq”.

Baş nazir vurğulayıb ki, NATO-da Türkiyə ilə birlikdə fəaliyyət göstərən müttəfiq bir ölkənin terrorçularla quçaqlaşması üzücüdür: “Biz İran, İraq, Suriya və Aralıq dənizi boyunca uzanan 1350 km uzunluğunda olan sərhədlərimizdə heç bir terror qruplaşmasının formalaşmasına icazə verməyəcəyik.