BolgeXeber.Com » Gündəm » İşçisi onun adından belə istifadə etdi… – QALMAQAL

İşçisi onun adından belə istifadə etdi… – QALMAQAL

25-01-2018, 17:18
Oxunub: 3 536 İşçisi onun adından belə istifadə etdi… – QALMAQALBeyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsin direktoru Çərkəz Şirinov Kənd Təsərrüfat naziri Heydər Əsədovun adından 500 qoyunu bazara çıxarıb satmaq istəyib

Beyləqandan redaksiyamıza ilginc məlumat daxil olub.

Məlumata görə rayonda fəaliyyət göstərən Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin direktoru Çərkəz Şirinov 1 ay öncə dövlətin 500 əmlik quzusunu bazara çıxarıb satmaq niyyətinə düşüb.

Belə ki, 2017-ci ildə damazlıq fermalarda əkiz quzuların çox olması Kənd Təsərrüfat İstehsalat Müəsissəsində əlavə 500 quzu qazandırıb. 500 quzunu müəsissənin mühasibatlıq sənədlərinə qeyd etməyən direktor Çərkəz Şirinov ilin sonunda onları bazara çıxarıb satmaq fikrinə düşüb.

Hadisə şahidlərinin AzFakt.com-a dediyinə görə direktor Çərkəz Şirinov damazlıq ferma müdirlərinə 500 əmlik quzunu Kənd Təsərrüfatı Naziri Heydər Əsədovun istədiyini bildib və quzuları fermadan çıxarıb. Lakin ferma müdirləri direktorun qoyunları özü üçün istədiyini başa düşərək, nazirliyə xəbər veriblər. Direktorun 500 əmlik quzunu satmaq istəməsi xəbəri Heydər Əsədova qədər gedib çıxıb və nazir həmin quzuların qeydiyyata alınmasını tələb edib. Çərkəz Şirinovun hansı cəza alması ilə bağlı isə bildirilir ki, nazir müəssisəyə yoxlama göndərib. Yoxlamanın nəticəsinə görə Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsində külli miqdarda dövlət əmlakının mənimsənilməsinin ortaya çıxarılması istisna olunmur.

Qeyd edək ki, Beyləqan Kənd Təsərrüfat İstehsalat Müəsissəsinin direktoru Çərkəz Şirinov Kənd Təsərrüfatı Nazirliyinin Dövlət müəssisələrinin idarəedilməsi şöbəsinin müdiri Tofiq Qocayevin ən yaxın adamıdır.(AzFakt.com)