DİN məktəblərlə bağlı təxribatçı çağırışlara BELƏ REAKSİYA VERDİ
26-01-2018, 17:55
Oxunub: 1 984
Bəzi xəbər saytlarında ayrı-ayrı vətəndaşların sosial şəbəkələrdəki yazışmalarına əsasən guya Bakı şəhərindəki məktəblərdən birinin qarşısında uşaqlara narkotik tərkibli konfetlərin paylanılması barədə məlumatlar yayılıb
Bu barədə Daxili İşlər Nazirliyindən gömdərilən məlumatda deyilir.
İctimaiyyətin narahatlığına səbəb olmuş bu məsələ ilə əlaqədar bildiririk ki, yayılmış məlumatların heç bir əsası yoxdur. Qeyd edək ki, ölkə vətəndaşlarında çaşqınlıq yaratmağa hesablanmış oxşar təxribat xarakterli dezinformasiyalar əvvəllər bəzi ölkələrin paytaxtlarındakı, sonuncu dəfə isə Qazaxıstanın Aktau şəhərində yerləşən məktəblərin biri ilə bağlı da yayılıbmış. Lakin araşdırmalar zamanı bu məlumatların heç biri öz təsdiqini tapmayıb.
Bir daha bildiririk ki, qeyd olunan məktəb də daxil olmaqla Bakı şəhərindəki bütün təhsil müəssisələrinin təhlükəsizliyi həm müasir müşahidə kameraları, həm də polisin mühafizə xidməti və digər qurumlar tərəfindən təmin olunur. O da vurğulanmalıdır ki, bugünədək respublika ərazisində fəaliyyət göstərən heç bir orta məktəbdə və digər təhsil müəssisəsində şagirdlərə mənşəyi məlum olmayan, narkotik tərkibli ərzaq və ya qida məhsulunun paylanılmasına, yaxud satılmasına dair hər hansı fakt qeydə alınmayıb.
Ona görə vətəndaşları belə uydurma, əsassız xəbərlərə inanmamağa, sosial şəbəkələr üzərindən həmin məlumatları paylaşmamağa, üzləşdikləri istənilən hüquq pozuntuları barədə isə DİN-in “102-Zəng Mərkəzi” Xidmətinə və ya ərazi polis orqanına müraciət etməyə çağırırıq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər