Çingiz Abdullayev səfir göndərilir
26-01-2018, 17:59
Oxunub: 2 426
Azərbaycan Yazıçılar Birliyinin katibi, məşhur dedektiv yazıçısı, “Neftçi” Futbol Klubunun Müşahidə Şurasının sədri Çingiz Abdullayevin yaxın aylarda Baltikyanı ölkələrdən birinə səfir göndəriləcəyi gözlənilir
Bolgexeber.com xəbər verir ki, bu haqda Modern.az məlumat yayıb. Xəbərə görə, Çingiz Abdullayev hələ illər öncə ölkəmizi xaricdə təmsil etmək istəyində olduğunu bildirib. O zaman ailəsi İngiltərədə yaşadığı üçün həmin ölkəyə üstünlük verib. Lakin istəyi baş tutmayıb.
Çingiz Abdullayevə səfir işləmək üçün Baltikyanı ölkələrdən birini seçmək şansı verilib və yazıçı bununla razılaşıb. Yaxın vaxtlarda məsələnin gerçəkləşəcəyi gözlənilir.
Yazıçı səfir təyin edildiyi halda həm Azərbaycan Yazıçılar Birliyindəki, həm də “Neftçi” Futbol Klubundakı vəzifəsindən getməli olacaq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər