BolgeXeber.Com » Siyasət » Ərdoğan: Hər yeri "şumlasaq", "Zeytun budağı" bir neçə günə bitər

Ərdoğan: Hər yeri "şumlasaq", "Zeytun budağı" bir neçə günə bitər

26-01-2018, 18:47
Oxunub: 2 843 Ərdoğan: Hər yeri "şumlasaq", "Zeytun budağı" bir neçə günə bitərHər şeyi dümdüz edib keçsək, "Zeytun budağı" əməliyyatı bir neçə günə bitər

Trend-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Hakim Ədalət və İnkişaf Partiyasının vilayət rəhbərlərinin geniş iclasında çıxış edən R.T.Ərdoğan qeyd edib ki, Türkiyənin Afrini işğal etmək niyyəti yoxdur:

"Əgər biz tanklarımızla, toplarımızla, təyyarələrimizlə, helikopterlərimizlə qarşımıza çıxan hər şeyi dümdüz edib keçsək, bu əməliyyat bir neçə günə bitər. Amma biz ən azı öz əsgərlərimizin əmin-amanlığı qədər qarşımızdakı güclərin qalxan kimi istifadə etməkdən çəkinmədiyi günahsız mülki şəxslərin təhlükəsizliyini də nəzərə alırıq. Çünki biz Afrini işgal etməyə getmirik".

Dövlət başçısı vurğulayıb ki, Türkiyə problemin həlli üçün çox səy göstərdi: "Amma heç birini anlamadılar. Artıq bıçaq sümüyə dirəndi. Gözlənilən gün gəlib çatdı".

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.

26.01.201817:58 310