BolgeXeber.Com » Gündəm » İlham Əliyev Honduras Prezidentini təbrik edib

İlham Əliyev Honduras Prezidentini təbrik edib

26-01-2018, 18:50
Oxunub: 2 791 İlham Əliyev Honduras Prezidentini təbrik edibAzərbaycan Prezidenti İlham Əliyev Honduras Prezidenti Xuan Orlando Ernandes Alvaradoya təbrik məktubu göndərib

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Honduras Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Honduras arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Honduras xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar diləyirəm".