BolgeXeber.Com » Sosial » Kərə yağının qiyməti niyə ucuzlaşmır?- VİDEO

Kərə yağının qiyməti niyə ucuzlaşmır?- VİDEO

27-01-2018, 10:09
Oxunub: 2 803 Kərə yağının qiyməti niyə ucuzlaşmır?- VİDEOAzərbaycana idxal edilən kərə yağına tətbiq edilən gömrük rüsumunun 15 faizdən 5 faizə endirilməsindən sonra qiymətlərin enəcəyi proqnozlaşdırılırdı

Rüsumların azaldılması sahibkarlara qiymətləri aşağı salmağa imkan verirdi. Amma proqnozlar özünü doğrultmadı.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə, araşdırmalar göstərir ki, qiymətlər yalnız yanvar ayının əvvəlində cəmi 50-60 qəpik civarında enib. Sonradan bu tendensiya davam etməyib. Halbuki, qiymətlər 2-3 manat enməli idi.

Vüqar Bayramov deyir ki, bu müddət ərzində kərə yağının idxal olunduğu ölkələrdə də yağın qiyməti dəyişməyib. Yəni yerli sahibkarlar xaricdə qiymət artımını bəhanə edə bilməzlər.

İqtisadçı ekspertin fikrincə, ölkə qanunvericiliyi qiymətləri tənzimləməyə imkan verir. Odur ki, bazarlarda monitorinqlər aparılmalıdır. İdxal edilən kərə yağının qiymətinin bundan sonra necə olacağı hələlik bəlli deyil.

Bolgexeber.com mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: