BolgeXeber.Com » İdman » Ukraynalı futbolçu Azərbaycan klubunu “zəif” adlandırdı

Ukraynalı futbolçu Azərbaycan klubunu “zəif” adlandırdı

27-01-2018, 16:19
Oxunub: 2 788 Ukraynalı futbolçu Azərbaycan klubunu “zəif” adlandırdıUkraynalı futbolçu Anton Postupalenko “Keşlə” klubunda oyun keçirməmiş komandanı tərk etməsinə aydınlıq gətirib

Oxu.Az xəbər verir ki, o bunu Azərbaycan klubunun səviyyəcə aşağı olması ilə əlaqələndirib:

“Keşlə”ni ona görə tərk etdim ki, klubun səviyyəsi çox aşağıdır. Menecerim qış fasiləsindəki axtarış zamanı bu komandanı tapdı və məndən ora getməyimi istədi. Onlarla nə müqavilə bağladım, nə də bir söz verdim.

Klubun düşərgəsinə yollandım və məşq zamanı gördüm ki, komanda çox zəifdir. Həmçinin legionerləri də güclü deyil. Gələcəyimi yalnız Ukrayna çempionatında görürəm. Fikrimcə, şərq ölkələrində başqa mentalitet var, hər şey fərqlidir”.

Qeyd edək ki, son klubu Donetsk “Olimpik”i olan 29 yaşlı yarımmüdafiəçi “Keşlə”dən əvvəl “Veres” klubunda cəmi bir gün baxışda olub və geri qayıdıb.