Fatimədən Xatunun onu döyməsi xəbərinə açıqlama
29-01-2018, 10:07
Oxunub: 3 621
Rəqqasə Fatimə Fətəliyeva müğənni Xatun Əliyeva tərəfindən döyülməsi xəbərləri ilə bağlı açıqlama verib
Bolgexeber.com-un axşam.az-a istinadən məlumatına görə, rəqqasə belə bir hadisənin baş vermədiyini, menecerinin açıqlamasının yanlış yazıldığını bildirib:
“Telefonuma dünən zəng gəldi. Verilişə gecikdiyimdən dedim ki, işçim cavab verəcək. O da deyib ki, “Fatimə xanım bu haqda danışmaq istəmir. Söhbəti öz aralarında bağlayıblar”. Jurnalist soruşub ki, döyülmə olub? O da cavab verib ki, “Belə bir şey baş verməyib. Fatimə xanımın boş işlərə baş qoşmağa vaxtı yoxdur. Sənəti ilə məşğuldur, başı layihələrə qarışıb”. Yazırlar ki, döyülmə faktını təsdiqləmişəm. Mən aramızda söz-söhbət olması faktını təsdiqləmişəm, olmayan davanı təsdiqləməmişəm. Bunu düzgün başa düşün! Döyülmə olmayıb. Xına evi açılmağına görə də ortada dava yoxdur. Bu, axırıncı açıqlamamdır”.
Fatimə bildirib ki, bütün bunları onu gözdən salmaq üçün edirlər:
“Guya mən paxıllıq eləmişəm. Mən heç kimə paxıllıq etmirəm, Allah hamının ruzisini özünə görə verir. Nə olub, necə olub bu barədə danışmaq istəmirəm, istəməyəcəm də! Məni kimsə döysəydi, iş polisdə olardı. Mənə heç kim xəsarət yetirməyib. Nə də mən heç kəsə əl qaldırmamışam. Biz hamıya örnək olmalıyıq. Belə söhbətlərlə yaddaşınızsa qalmağımız ayıbdır. İstəmirəm, tamaşaçılarımdan qazandığım hörməti bu söhbətə görə itirim. Məni hörmətdən salmaq istəyirlər, elin gözü tərəzidir. Boş söhbətləri bağlayaq. Buna ayıracaq vaxtım yoxdur”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər