BolgeXeber.Com » Xəbərlər » Rafael Ağayev yapon karateçiyə belə uduzdu-VİDEO

Rafael Ağayev yapon karateçiyə belə uduzdu-VİDEO

29-01-2018, 16:55
Oxunub: 5 005 Rafael Ağayev yapon karateçiyə belə uduzdu-VİDEOKarate üzrə milli komandamızın lideri Rafael Ağayev (-75 kq) Fransanın paytaxtı Parisdə keçirilmiş Premyer liqa turnirində II yeri tutub

Oxu.Az xəbər verir ki, dünya şöhrətli karateçimiz yaponiyalı idmançı Ken Nishimura ilə həlledici görüşün son saniyəsində məğlub olub – 1:2. Xatırladaq ki, beşqat dünya çempionumuz iki il əvvəl Almaniyanın Hamburq şəhərində keçirilmiş Premyer Liqa yarışında da bu rəqibinə uduzmuşdu (0:5).

Yeni qaydalara əsasən, medal yalnız yarışın qaliblərinə təqdim olunub. Görüşlərini qələbə ilə başa vuran idmançılarımız dünya reytinq cədvəlində xallarını artırıblar.

Qeyd edək ki, “kiçik dünya çempionatı” adlandırılan Paris Premyer Liqasında 81 ökədən 756 idmançı mübaizə aparıb. Üç gün ərzində keçirilmiş yarışda Azərbaycandan 15 karateçi mübarizə aparsa da, heç biri qızıl medal qazana bilməyib.

Dünya Karate Federasiyasının (WKF) 2018-ci ildə yeddi yarışlıq nüfuzlu Premyer Liqa seriyasından növbəti turnir 16-18 fevral tarixlərində, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək. Sabah Bakıya dönəcək Azərbaycan karateçiləri yarşa hazırlıqlarını davam etdirəcəklər.