BolgeXeber.Com » Şou-Biznes » Damlanın 1 milyonluq səhifəsi oğurlandı

Damlanın 1 milyonluq səhifəsi oğurlandı

30-01-2018, 12:02
Oxunub: 3 766 Damlanın 1 milyonluq səhifəsi oğurlandıAzərbaycanın tanınmış müğənnisi Damlanın başına iş gəlib

“Qafqazinfo” xəbər verir ki, qısa müddət ərzində instaqram sosial şəbəkəsində 1 milyona yaxın izləyici toplayan müğənninin səhifəsinə hakerlər hücum edib.

Bu barədə ifaçının prodüseri məlumat yayıb. O, səhifənin geri alınması barədə hərəkətə keçdiklərini bildirib:

“Damlanın profili oğurlanıb. Səhifəni qaytarmaq üçün hazırlıqlar gedir. Yaxın günlərdə aramızda olacaq, sizin üçün darıxır”.