BolgeXeber.Com » Media » Jurnalistlər üçün tikilən binadakı mənzillərin açarları sahiblərinə təqdim edildi (FOTOLAR)
Jurnalistlər üçün tikilən binadakı mənzillərin açarları sahiblərinə təqdim edildi (FOTOLAR)
30-01-2018, 13:05
Oxunub: 4 521
Bu gün media nümayəndələri üçün inşa olunmuş ikinci binadakı mənzillərin açarlarının sahiblərinə təqdim olunması mərasimi keçirilib
Bolgexeber.com-un APA-ya istinadən məlumatına görə, mərasimdə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli binanın artıq istismara qəbul edildiyini söyləyib.
Birinci bina ilə müqayisədə ikinci binada jurnalistlərə mənzillərin açarlarının verilməsinin gecikməsinə toxunan V. Səfərli deyib ki, istismar aktı olmadan binada yaşayışın olması mümkün deyildi: "Bu gündən binada yaşamaq mümkün olacaq. İşıq, su mənzillərin sahiblərinin adınadır, yalnız qaz kartları binanın tikintisini aparan şirkətin adınadır. Jurnalistlər özləri "Asan kommunal"da qaz kartlarını öz adlarına keçirə bilərlər".
Jurnalistlərə mənzillərin açarlarının təqdim olunmasını mühüm hadisə kimi dəyərləndirən Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bəzilərinin Azərbaycan dövlətinin media siyasətinin iflasa uğradığını söyləməsinin təəssüf doğurduğunu vurğulayıb. Media siyasətinin uğurlu nəticələrinin ortada olduğunu vurğulayan Ə. Həsənov mənzillərin jurnalistlər üçün xeyirli, uğurlu olmasını arzulayıb.
Daha sonra mənzillərin açarları jurnalistlərə təqdim edilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər