BolgeXeber.Com » İdman » Millimiz bu gün 2018-in ilk oyununa çıxır

Millimiz bu gün 2018-in ilk oyununa çıxır

30-01-2018, 17:02
Oxunub: 3 560 Millimiz bu gün 2018-in ilk oyununa çıxırBu gün milli komandamız 2018-ci ildə ilk oyununa çıxacaq

Bolgexeber.com xəbər verir ki, yığmamız Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Moldova ilə qarşılaşacaq. Bu matç Qurban Qurbanovun millimizin baş məşqçisi kimi debütü olacaq.

"Mardan" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan və Moldova milliləri indiyəfək 9 dəfə üz-üzə gəlib. 2 qələbə qazanan və 3 dəfə uduzan millimiz 4 heç-heçə edib.

30 yanvar

Yoldaşlıq oyunu

20:00. Azərbaycan – Moldova

“Mardan” stadionu