BolgeXeber.Com » Dünya » 73 milyon mənimsəmədə ittiham olunan Roman Nəsirov işdən çıxarıldı

73 milyon mənimsəmədə ittiham olunan Roman Nəsirov işdən çıxarıldı

31-01-2018, 16:20
Oxunub: 2 382 73 milyon mənimsəmədə ittiham olunan Roman Nəsirov işdən çıxarıldıRoman Nəsirov Ukrayna Nazirlər Kabinetində Dövlət Maliyyə Xidmətinin rəisi vəzifəsindən azad edilib

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

Bununla bağlı bu gün keçirilən hökumətin iclasında qərar qəbul edilib. Azərbaycanlı xidmət rəisinin işdən azad olunması ilə bağlı danışan Ukraynanın baş naziri Vladimir Qroysman bildirib ki, bununla bağlı dövlət komissiyasına təqdimat göndərilib.

Qeyd edək ki, Ukrayna antikorrupsiya bürosu Nəsirovu vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və dövlətə 2 milyard qriven (73 milyon dollar) ziyan vurmaqda şübhəli bilir. Ötən ilin martın 3-də Nazirlər Kabineti Nəsirovun vəzifəsinin icrasından uzaqlaşdırılması barədə tapşırıq verib. Dekabrın 7-dən isə məhkəmə onun işinə baxmağa başlayıb.