BolgeXeber.Com » Gündəm » DYP-nin keçmiş rəisi sakinlərə qan uddurur! - BƏRDƏDƏ

DYP-nin keçmiş rəisi sakinlərə qan uddurur! - BƏRDƏDƏ

31-01-2018, 19:17
Oxunub: 3 272 DYP-nin keçmiş rəisi sakinlərə qan uddurur! - BƏRDƏDƏBuradakı cərimə meydançasına sahib olan, daha doğrusu, özəlləşdirən keçmiş DYP-nin rəisi Mamed müəllimin yerli sakinlərinə qan uddurduğunun şahidi olduq

Bolgəxəbər TV olaraq bölgələrimizdə baş verən hadisələri cəmiyyətə qərəzsi z şəkildə çatdırmağa davam edirik. Bu günlərdə yolumuz Bərdə rayonundan düşmüşdü. Buradakı cərimə meydançasına sahib olan, daha doğrusu, özəlləşdirən keçmiş DYP-nin rəisi Mamed müəllimin yerli sakinlərinə qan uddurduğunun şahidi olduq. Belə ki, Əliyev Ələkbər adlı şikayətçinin bildirdiyine gore avtomobili cərimə meydançasında saxlamaq üçün dövlət rüsumu 1 manat olduğu halda, Mamed müəllimin “şəxsi” rüsumları var – günü 3 manat! “Məndən 3 aya görə 270 manat tələb edirlər. Çekini istəyirəm, heç nə vermirlər”deyerek qeyd edib.
Məlum məsələ ilə bağlı Mamed müəllimdən münasibət öyrəndik. O, əməkdaşımıza açıqlamasında bildirdi ki, bu cərimə meydanı şəxsidir, dövlətə heç bir aidiyyatı yoxdur:
-90 HE 133 dövlət nömrə nişanlı avtomobil düz 3 aydır cərimə meydanındadır. 16.10.2017-ci ildən. 90 gün edir. 3 dəfə 9 edir 270 manat. QAİ-nin deyil bura. Nazirlik ləğv edib. Şəxsi “oxrana” var. Kefimizdən qoymamışıq. 100 manat keçərəm. 170manat ödəsin. Çek də lazım olsa, verərik.

-Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevlə də əlaqə saxladıq. Söhbət əsnasında məlum oldu ki, avtomobillərin cərimə meydançasında saxlamaq üçün dövlət rüsumu 1 manatdan artıq deyil!
-Bəzən insanların iqtisadi vəziyyətini düşünmədiklərinə görə, “burda mənəm, Bağdadda kor xəlifə” kimi düşünüən məmurlarımızın özlərini cərimə etmek lazımdır!
Könül Qocayeva
Ayət Şükürlü
Emin Süleymanov