BolgeXeber.Com » Ölkə » Tərtərdə iqtisadi, sosial durum nə yerdədir? (VİDEO)

Tərtərdə iqtisadi, sosial durum nə yerdədir? (VİDEO)

1-02-2018, 10:07
Oxunub: 3 434 Tərtərdə iqtisadi, sosial durum nə yerdədir? (VİDEO)Sovet dövründə adı Mirbəşir olan Tərtər rayonunda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır

Sovet dövründə adı Mirbəşir olan Tərtər rayonunda 2 şəhər, 1 qəsəbə və 74 kənd vardır. Hazırda keçmiş Ağdərə rayonundan Tərtər rayonuna verilən Ağdərə şəhəri və kəndlərdən 13-ü erməni işğalı altındadır. Yerli camaat bir növ düşmənlə burun- buruna həyat sürür. Bununla belə, həyat öz axarı ilə davam edir.
Bölgə TV-nin çəkiliş qrupu Tərtərdə apardığı müşahidə zamanı buradakı sabitliyin şahidi oldu. Cəbhə bölgəsi olmasına baxmayaraq, təhsil, səhiyyə sistemində heç bir axsaqlığa rast gəlinmədi. Bundan başqa, bütün qayda-qanunlara həm vətəndaşlar, həm də məmurlar tərəfindən riayət olunurdu.
Qeyd edək ki, Tərtərdə iqtisadiyyatın inkişaf etdirilməsindən ötrü sahibkarlara güzəştli kreditlərin verilməsi üçün şərait yaradılıb. Ölkə rəhbərinin göstərişlərinə əsasən rayon camaatı daimi qaz və işıqla təmin olunub