BolgeXeber.Com » Gündəm » Yardımlının Arvana kəndində mobil rabitə yoxdur-VİDEO

Yardımlının Arvana kəndində mobil rabitə yoxdur-VİDEO

1-02-2018, 10:45
Oxunub: 6 757 Yardımlının Arvana kəndində mobil rabitə yoxdur-VİDEOÖz reklam çarxlarında fəaliyyətini abonentlərinin rahatlığına yönəltdiyini dönə-dönə vurğulayan Azercell, müştərilərə yüksək səviyyədə xidmət göstərdiyini bar-bar bağıran Bakcell, həmçinin Nar Mobile Arvana kəndinin sakinləri üçün oz stansiyalarini quraşdırmaq barədə nə düşünür?

Bölgə TV olaraq rayonlarımızda baş verən problemləri işıqlandırmağa davam edirik. Çəkiliş qrupumuz Yardımlının Arvana kəndində oldu. Təbiət bütün gözəlliyini bu kəndə bəxş etsə də, əfsuslar olsun ki, Azərbaycanda fəaliyyət göstərən heç bir mobil operator öz şəbəkə paylayıcısını yerli sakinlərə bəxş edə bilməyib.
Arvana kənd sakinləri 21-ci əsrdə mobil rabitədən istifadəsiz qalıblar. Dəfələrlə lazımi orqanlara müraciət etdiklrini bildirən yerli camaat yenə də gün ərzində vur-tut 1 saat mobil rabitədən istifadə edə bilirlər. Bu da əlbəttə ki, son dərəcə narazıçılığa gətirib çıxarır:
YERLI SAKINLƏRİN İRADLARI
Öz reklam çarxlarında fəaliyyətini abonentlərinin rahatlığına yönəltdiyini dönə-dönə vurğulayan Azercell, müştərilərə yüksək səviyyədə xidmət göstərdiyini bar-bar bağıran Bakcell, həmçinin Nar Mobile Arvana kəndinin sakinləri üçün oz stansiyalarini quraşdırmaq barədə nə düşünür?
Məsələ ilə bağlı hər üç şirkətin mövqeyini də öyrənməyə hazırıq.