Bu il amnistiya ola bilər... - Prezidentə müraciət
1-02-2018, 12:58
Oxunub: 2 909
Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov növbəti Amnistiya aktının qəbul edilməsi ilə bağlı ölkə başçısına deputatlar adından müraciət edib
Bolgexeber.com xəbər verir ki, o xatırladıb ki, bu günə qədər ölkədə 63 əfv sərəncamı və fərmanı, 11 amnistiya aktı qəbul olunub:
“Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktı qəbul olundu və o 10 mindən artıq insanı əhatə etdi. Onu da qeyd edim ki, hər bir deputat amnistiya aktının qəbul olunması ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Ancaq bağışlamaq Allaha və ölkə başçısına aiddir. Ona görə Cümhurriyyətin 100 illiyi və Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə bağlı deputatlar adından xahiş edək və ölkə başçısına müraciət edək ki, bu işi öz üzərinə götürsün. Bu vətəndaşlarımızın gözləntisi olan məsələdir. Bir neçə məsələdə anmnistiya aktı keçmişdəkilərdən fərqli olmalıdır.
Azərbaycan 27 ildir ki müstəqildir. Bu amnistiya dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda iştirak etmiş və səhvlərə yol vermiş bütün şəxslərə şamil olunmalıdır. Həmçinin yaşı 60- dan yuxarı olan bütün qadınlara, eyni zamanda himayəsində azyaşlı uşaqlar olan qadınlara da. Çünki həbsxanada həmin qadınlar dünyaya övlad gətiriblər.
Yaşı 70- dən yuxarı olan bütün kişilərə, radikal dini cərəyanlara qoşulmamış bütün dini şəxslərə də tətbiq olunmalıdır. Qarşıdan seçki ili gəlir. Kimlərsə yenə bu kampaniyaya kölgə salmaq istəyir. Belə ki, hansısa adamların adından Azərbaycana qarşı radikal kampaniya aparırlar. Düşünürük ki, hansısa cinayətə yol verməsinə baxmayaraq, radikal cəbhədən olanları da amnistiyaya salmaq lazımdır”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər