BolgeXeber.Com » Media » Bakıda jurnalistlərə görə bu avtobusun yolu dəyişdi

Bakıda jurnalistlərə görə bu avtobusun yolu dəyişdi

1-02-2018, 14:43
Oxunub: 3 707 Bakıda jurnalistlərə görə bu avtobusun yolu dəyişdi125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik edilib

Bakı Nəqliyyat Agentliyinin (BNA) sektor müdiri Mais Ağayevin verdiyi məlumata görə, bu marşrut üzrə avtobuslar “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzinə gedərkən 20-ci sahədəki dairədən geri qayıdaraq yeni salınan yoldan “Bibiheybət yolu”na çıxmaqla (“Jurnalistlər binası”nın qarşısındakı yol) müəyyən edilən xətt üzrə hərəkətinə davam edəcək.

Dəyişiklik nəticəsində “Bibiheybət yolu” ətrafında çoxsaylı yaşayış binalarının sakinlərinin, Bakı Ali Neft məktəbinin kampusunun müəllim və tələbə heyətinin, eləcə də həmin ərazidə olan iaşə obyektlərindən istifadə edən əhalinin müntəzəm marşrut xətti ilə “28 May” metrostansiyası – “Lökbatan” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirilməsi təmin ediləcək.

Məlumat üçün qeyd edək ki, dəyişiklik edilməsi haqqında qərar, “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ətrafında məskunlaşan sakinlərindən Bakı Nəqliyyat Agentliyinə daxil olan çoxsaylı müraciətlər əsasında aparılan təhlillərə uyğun olaraq qəbul edilib. Belə ki, Su İdman Sarayından “Bibiheybət yolu” (“Jurnalistlərin binası”) ilə Bibiheybət məscidinə qədər marşrutun olmaması ərazidə məskunlaşan sakinlərin yaxınlıqdakı dayanacağa piyada gedişində çətinliklər yaradır. Belə ki, 20-ci sahədəki dayanacaqdan “Bibiheybət yolu” ətrafındakı yaşayış binalarına (Jurnalistlərin binası) qədər piyada gediş məsafəsi 840 m təşkil edir.

Qeyd edək ki, 125 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 3-dən yenilənmiş sxem üzrə hərəkət edəcəklər.