BolgeXeber.Com » Analitika » Deputat: “Təhsildə irəliləyişə nail olmamışıq”

Deputat: “Təhsildə irəliləyişə nail olmamışıq”

1-02-2018, 16:11
Oxunub: 4 194 Deputat: “Təhsildə irəliləyişə nail olmamışıq”“Bu gün Milli Məclisdə müzakirəyə çıxarılan “Peşə təhsili haqqında” qanun layihəsi olduqca vacib əhəmiyyət daşıyır”

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov bildirib.

V.Əhmədov deyib ki, “Təhsil haqqında” qanun çərçivə qanunudur:

“Biz vaxtilə “Təhsil haqqında” qanunu qəbul edəndə Azərbaycanda bir sıra islahatlara ehtiyac var idi. Bu islahatların böyük hissəsi həyata keçirildi və hazırda da davam edir. Ancaq hələlik təhsildə irəliləyişə nail olmamışıq. Aparılan islahatlar fonunda yeni peşə təhsili sisteminin qurulması vacibdir. SSRİ dövründə olan peşə təhsil sistemi keyfiyyətli idi. İndi biz məcburuq ki, bu sistemi yenidən quraq. Peşə təhsilində təcrübə vacibdir. Peşə təhlisi ilə məşğul olan müəssisənin istehsalatla əməkdaşlığı olmalıdır”.

Vahid Əhmədov qeyd edib ki, qanunda dövlətin üzərinə daha çox yük qoyulub: “Məncə, bu yükün müəyyən hissəsi bələdiyyələrə və özəl sektora verilməlidir”.