BolgeXeber.Com » Gündəm » Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - 11 apreldə!

Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - 11 apreldə!

5-02-2018, 11:24
Oxunub: 2 575 Azərbaycanda növbədənkənar Prezident seçkiləri elan edilib - 11 apreldə!Ölkə prezidenti İlham Əliyev Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında Sərəncam imzalayıb

Bolgexeber.com xəbər verir ki, Sərəncamda deyilir:

Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq qərara alıram:

1. Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri elan edilsin.

2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etsin.