BolgeXeber.Com » Sosial » Gözləri görməsə də,16 ildir hüquqşünas işləyən azərbaycanlı (VİDEO)

Gözləri görməsə də,16 ildir hüquqşünas işləyən azərbaycanlı (VİDEO)

5-02-2018, 13:15
Oxunub: 2 840 Gözləri görməsə də,16 ildir hüquqşünas işləyən azərbaycanlı (VİDEO)Saatlı sakini, Asif İsmayılov 16 ildir ki, hüquqşünas kimi fəaliyyət göstərir

Bolgexeber.com xəbər verir ki, onu həmkarlarından fərqləndirən isə gözdən əlil olmasıdır. Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirən Asif İsmayılov deyir ki, indiyə qədər iştirak etdiyi məhkəmə çəkişmələrinin əksəriyyətində qalib gəlib. Bu da, insanların ona vəkil kimi inamını təmin edib.

Bu yaxınlarda Vəkillər Kollegiyasının test imtahanından uğurla keçən Asif İsmayılov müsahibə mərhələsində də uğur qazanacağına inanır.