BolgeXeber.Com » Bölgə » Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir-Bərdədə

Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir-Bərdədə

6-02-2018, 11:38
Oxunub: 5 923 Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər keçirilir-BərdədəBərdə Regional Mədəniyyət və Turizm İdarəsi Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərə start verib

Azərbaycanın görkəmli bəstəkarı Qara Qarayevin anadan olmasının 100 illik yubileyi Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan bütün mədəniyyət müəssisələrində silsilə tədbirlərlə qeyd edilir. Tədbirlərdə görkəmli bəstəkarın həyat və yaradıcılığından geniş söz açılaraq onun Azərbaycan mədəniyyətindəki əvəzsiz rolundan bəhs edilib.

Start götürən silsilə tədbirlər Regional İdarənin Bərdə rayon nümayəndəliyində də qeyd edilir. Nümayəndəliyin tabeliyində olan şəhər 1, 4 nömrəli uşaq incəsənət , 2, 3 nömrəli uşaq musiqi , o cümlədən Kətəlparaq, Kolayır, Divanlı kənd uşaq musiqi məktəblərində, klub müəssisələrində, kitabxanalarda baş tutan tədbirlərdə dahi şəxsiyyətin mədəniyyətimizə bəxş etdiyi özünəməxsus irsdən söz açılır onun əsərlərindən ifalar səsləndirilir.

Bərdə şəhər 1 nömrəli uşaq incəsənət məktəbində baş tutan tədbirdə dahi bəstəkarın həyat və yaradıcıllığından bəhs edilərək onun əsərləindən parçalar səsləndirilib.

Tədbirdə çıxış edən Regional İdarənin Rəisi İlyas Hacıyev Azərbaycanın görkəmli bəstəkarı və pedaqoqu Qara Qarayevin milli musiqi irsinin qorunub saxlanılmasında, inkişafında və Azərbaycanda musiqi sənətinin inkişafında yüksək rolu olduğunu qeyd edib. Daha sonra İlyas Hacıyev qeyd edib ki,:-”Qara Qarayevc Azərbaycan xalqının bəşər mədəniyyətinə bəxş etdiyin özünəməxsus nadir fitri istedada malik şəxsiyyətlərdəndir. Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük tövhələr verən Qara Qarayev milli və bəşəri xarakterli yaradıcılılığı ilə həmişə xatırlanacaq”.

Tədbirdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Bərdə rayon üzrə sədri Etibar Hüseynova musiqi sahəsində əldə olunmuş nəaliyyətlərdə məşhur bəstəkar Qara Qarayevin əvəzsiz rolu olduğundan söz açıb. O, həmçinin qeyd edib ki, : - “Artıq Azərbaycan mədəniyyəti sürətlə inkişaf edir və bu inkişaf Azərbaycan mədəniyyətini dünyanın hər bir yerində layiqincə tərənnüm edir”.

Daha sonra tədbir uşaq musiqi və incəsənət məktəbləri tərəfindən təşkil olunan konsert proqramı ilə davam edib.

Qara Qarayevin anadan olmasının 100 illik yubleyi ilə əlaqədar Bərdə Dövlət Rəsm Qaleriyasında gənc rəssamların əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub. Sərgidə 1 və 4 nömrəli uşaq incəsənət məktəblərinin şagirdərinin çəkdikləri rəsm əsərlər nümayiş olunub.

Gənc rəssamların əl işlərindən ibarət sərgidə mədəniyyət işçiləri, şəhər ziyalıları da iştirak etdilər.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində mədəniyyət müəssisələrində də silsilə tədbirlər təşkil etdirilir.

Regional İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan Mərkəzi kitabxanada da dünya şöhrətli bəstəkar Qara Qarayevin anadan olmasının 100 illiyi ilə əlaqədar “Qara Qarayev – 100 “ adlı dəyirmi masa keçirilib. Tədbirdə çıxış edənlər ölməz bəstəkarın Azərbaycan musiqi həyatında gördüyü işlərdən, onun dünya musiqisinə verdiyi tövhhələrdən söhbət açıblar. Tədbirin sonunda iştirakçılar Qara Qarayevin həyat və yaradıcıllığını əks etdirən “Qara Qarayev – 100” adlı sərgi ilə tanış olublar.

İdarənin Yevlax şəhər nümayəndəliyinin tabeliyindəki şəhər 1, 2 nömrəli uşaq musiqi məktəblərində, həmçinin, Aran qəsəbə, Malbinəsi, Qarxun və Xaldan kənd uşaq musiqi məktəblərində də görkəmli bəstəkar Qara Qarayevin 100 illik yubleyinə həsr olunmuş tədbirlər keçirilir. Tədbirdə dahi bəstəkarın həyat və yaradıcılılıq fəaliyyətindən söz açılaraq musiqili kompozisiyalar nümayiş etdirilir.

Davam edən silsilə tədbirlər Regional İdarənin Mingəçevir şəhər nümayəndəliyində də qeyd edilir. Uşaq musiqi, incəsənət məktəblərində, klub müəssisələrində və kitabxanalarda keçirilən tədbirlərdə dünya şöhrətli bəstəkarın həyat və yaradıcılığından söz açılaraq onun Azərbaycan musiqisinə verdiyi tohvələr haqqında çıxışlar səsləndirilir.

Regional İdarənin Tərtər rayon nümayəndəliyi və nümayəndəliyin tərkibində olan klub müəssisələrində, kitabxanalarda və uşaq musiqi məktəblərində də Dahi bəstəkar Qara Qarayevin 100 illiyinə həsr edilmiş tədbirlər keçirilib. Tədbirlərdə çıxış edənlər dahi bəstəkarın dünya musiqisinə verdiyi töhvələrdən danışaraq “Yeddi Gözəl”, “İldırımlı Yollarda” baletlərin dünya ölkələrinin ən böyük səhnələrində oynadılmasından söhbət açıblar. Sonda Qara Qarayevin bəstələdiyi musiqilərdən nümunələr səsləndirlib.
Bolgexeber.com