BolgeXeber.Com » Media » Müşviq Ələsgərli: “İntihar, kriminal hadisələr işıqlandırılarkən detallara varmaq olmaz”

Müşviq Ələsgərli: “İntihar, kriminal hadisələr işıqlandırılarkən detallara varmaq olmaz”

6-02-2018, 16:06
Oxunub: 4 002 Müşviq Ələsgərli: “İntihar, kriminal hadisələr işıqlandırılarkən detallara varmaq olmaz”“İntihar, kriminal hadisələrinin işıqlandırılması zamanı detallara varmaq olmaz”

Musavat.com bildirir ki, bu sözləri Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli jurnalistlər üçün keçirilən təlimdə qeyd edib.

O, vurğulayıb ki, Azərbaycan mediasında intihar, kriminal xəbərlərinin işıqlandırılması ilə bağlı dəfələrlə müzakirələr edilib: “Media bu məsələlərə həssas yanaşmalıdır. Jurnalistika elə fəaliyyətdir ki, bu, həm qanunvericilikdə, həm də peşə davranış kodeksi ilə tənzimlənir. Peşə davranış kodeksləri bizə tövsiyyə edir ki, kriminal, terror olayları və intihar halları haqqında materiallar dərc edərkən hadisənin detallı təsvirinə yol vermək olmaz. Burada intiharın necə, hansı vasitələrlə həyata keçirildiyi, hansı səbəblərdən baş verdiyi qeyd olunmamalıdır. Sadəcə informasiya verilməlidir ki, hansısa hadisə baş verib. Bəzi hallarda faciənin qurbanı olan insanların adları hətta dərc edilməməlidir. Həmçinin jurnalistin yalnız xüsusi publisistik yazıları istisna olmaqla, digər yazılarında şəxsi fikri olmamalıdır. Sadəcə olaraq kriminal hadisələrin informasiya şəklində çatdırılmasında mövqe bildirmək mümkündür. Bu da müəyyən çərçivə daxilində ola bilər. Yəni, intihara təşviq edən deyil, ondan çəkindirən təqdimatlar olmalıdır”.